Ərdoğan: “Ukraynada sülhə nail olmaq üçün İstanbul prosesinə dəstək vermək lazımdır”
![]()
“Sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara dəstək vermək lazımdır”.
Rubrika.Az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Kansleri Karl Nehammerlə telefon danışığı zamanı deyib.
Danışıqlar zamanı regional mövzular, o cümlədən Ukrayna ilə Rusiya arasındakı münaqişə, həmçinin Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.
“Ölkə başçısı Ukraynadakı müharibədə humanitar dramın aradan qaldırılması və atəşkəsə nail olmaq üçün hər fürsətdən istifadə edilməli olduğunu bildirib. O həmçinin sülh danışıqlarında irəliləyişə nail olmaq üçün İstanbul prosesinə dəstək verilməsinin zəruri olduğunu söyləyib. Prezident Türkiyənin münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb”, - Türkiyə Prezidentinin dəftərxanasından jurnalistlərə bildirilib.
Rubrika.az
Facebook-da paylaş













