Şamaxı öz inkişafının yeni mərhələsini yaşayır - Fermerlərlə görüş keçirilib
![]()
Şamaxı rayonunda əhalinin əsas fəaliyyət sahəsi kənd təsərrüfatıdır. Rayon üzrə torpaq islahatları başa çatdırılmış və torpaqlar kənd sakinlərinə paylanmışdır. 2021-ci ildə rayonda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi 94,6 milyon manat olmuşdur. Rayon əhalisinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan bitkiləri, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri ilə vaxtilə böyük şöhrət qazanmışdır. Üzümçülük əsasən dəmyə xarakteri daşıyır. Keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzüm bağlarının sahəsi 1921 hektara çatdırılmışdır. Yeni üzüm bağlarının salınması işi davam etdirilir.
Rayonda kənd təsərrüfatının inkiafına hər tərəfli dövlət qayğısı göstərilir. Fe4rmer təsərrüfatlarənən inkişafına, genişlənməsinə şərait yaradılır, rayon icrahakimiyyəti tərəfindən xüsusi diqqət yetirilir.
Bu məqsədlə aprelin 20-si Şamaxı rayonunda fəaliyyət göstərən mədəniyyət mərkəzində fermerlərlə görüş keçirilib.
Görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, əlaqədar qurumların rəhbərləri və fermerlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Hikmət Şikarov ölkəmizdə kənd təsərrüfatı sahələrinin inkişafı və perespektivləri, o cümlədən rayonda əkinçiliyin mövcud vəziyyəti və bu sahədə görülmüş işlərdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Rəfail Quliyev çıxış edərək, nazirliyin müvafiq qurumları tərəfindən rayonda mövcud olan taxıl sahələrində aparılmış monitorinqin nəticələri barədə tədbir iştirakçılarına məlumat verərək əksər sahələrdə aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirildiyini, bunun isə öz növbəsində mövsümün sonu sahələrdən bol məhsul götürüləcəyini söyləməyə əsas verdiyini bildirib.
Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Hər qarışı abadlaşan, çiçəklənən bu qədim yurdun zəhmətkeş insanları sabaha nikbin baxışlarla baxırlar. Bu gün rayonun qayğıları ilə yaşayan, uğurları üçün yorulmadan çalışan bir komanda fəaliyyət göstərir. Məhz bu fədakarlığın, çəkilən zəhmətin bəhrəsidir ki, Şamaxı öz inkişafının yeni mərhələsini yaşayır. Biz də bu qədim diyarın hər bir uğuruna sevinir, qazandığı hər bir nailiyyəti alqışlayırıq !
![]()
![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş











