Paşinyan sentyabrdakı itkilərinin sayını açıqlayıb - Ölü sayı 210-u ötüb, 293 hərbçi isə yaralanıb

Azərbaycanla sərhədyanı ərazidə sentyabrın 12-13-də Ermənistanın törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin sayı açılanıb.
Rubrika.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin toplantısında danışıb.
Onun sözlərinə görə, ölən və itkin düşən hərbçilərin sayı 210-u ötüb, 293 hərbçi isə yaralanıb.
Rubrika.az
Facebook-da paylaş












