• Aydın Candan Eynulla Fətullayevə: "YAZ... QIRAĞINA"

    Aydın Candan Eynulla Fətullayevə: "YAZ... QIRAĞINA"

    Tanınmış jurnalist Aydın Can FB səhifəsində Əvəz Zeynallının ad günü ilə bağlı maraqlı paylaşım etmişdir, eyni zamanda Aydın Candan Eynulla Fətullayevə "sərt şillə"

    Yazını olduğu kimi dərc edirik:

    - Allah Əliağa Vahidə rəhmət eləsin “yaxşı möhtac elədi qəhbəyə, oğraşa bizi” misrasına görə! -
    Allaha demirəm (Allahın Azərbaycanda heç bir səlahiyyəti, gücü, nüfuzu yoxdur), amma sidq-ürəklə, canı dildən dizimi yerə atıb Müzəffər ABK, hörmətli Prezidentimiz İlham Əliyevdən xahiş edərəm Əvəz Zeynallının qapısını açsın! Yox, ona görə yox ki, həmkarıq, dostuq küsülü də olsaq, “Əvəz haqsız tutulub” deyərəm, yox, sadəcə və tək bir səbəbdən ki... başqa dostlarını demirəm, Əvəz Zeynallı tutulandan gözüm qalıb Eynulla Fətullayevin səhifəsində - görüm nə yazır Əvəzdən. Əvəz dedi axı, məni Eynulla tutdurub!
    İndi mən də istəyirəm ki, qurbanolduğum İlham Əliyevdən Əvəz Zeynallının ad günündə diz çöküm xahiş edim, əfv eləsin, mən də tutum Əvəzin yaxasından ki, ay əclaf, axı səni xəbərdar etmişdim, sənin HAQQINmı vardı bizi azdırasan HAQQİN.az saytında?
    Əli Həziquliyev demiş, adam addım atanda dostlarını düşünməzmi?
    Bax, hər gün baxıram haqqin-az-a görüm ki, Eynulla YENƏ nə böhtan atır və atdığı bu böhtanlarla da necə fəxr edir ki, mənim saytımı Prezident oxuyur!
    Adama deyərlər...
    Adama nə deyərlər, indi açmasını yazacam!
    Deməli, bir kəlbəcərli olur sovet vaxtında, yolu düşür Yevlaxa, işini görür, gəlir Yevlaxdakı “dorrestoran”da yemək yeməyə.
    Bu restoranda da bir ofisiant olur, hamıdan sifarişi qəbul edir, axırda adını soruşurmuş, adamlar da adlarını deyirmiş, deyən kimi də ofisiant deyirmiş ki, yazdım götümün qırağına.
    Kəlbəcərli qardaş da sifarişini verir, adını deyir, ofisiant da həmən də qayıdır ki, yazdım götümün qırağına. Kəlbəcərli, dağ adamı, dağ qürurlu, heç yeyərmi bu şit zarafatı, cavabsız qoyarmı? Durur ayağa, çıxır restorandan, atını səyirdir üzü Murova, Murovun sazağı-şaxtası başını aynadır, qayıdır geri!
    Təzədən oturur stolda, ofisiant gəlir, sifarişi qəbul edir, adını soruşur, kəlbəcərli can qardaş da qayıdır üçhərfli cinsiyyət üzvünün adını el diliylə çəkir!
    Ofisiant “ıh!” deyib hıqqanır, qardaş da qayıdır ki, nə oldu, yaz da götünün qırağına, niyə yazmırsan?
    İndi biri Eynullaya çatdırsın ki, o yazırsan e yazıları, gündə sənə əlli elə yazı verərik, verərsənmi?
    Verirsən verirsən, vermək sənin peşəndir... yazı deyirik, zalım, heç olmasa, uydurma da, ilk mənbədə olanı ver də! İndi camaat hamısı ingiliscə bilmir, hamısı rusca bilmir, ingiliscə, rusca bilən sənin o verdiyin yazıları onsuz da özləri oxuyub, özləri elə sənə deyib bunu da ver... vermək sənin borcundur... bu yazıları, amma axı deməyiblər ki, həm də özündən uydur!
    Sən uydurursan, heç Azərbaycan dilini fərli-başlı bilməyənlər verdiyin... başlığı görüb, başa düşdükləri qədərincə paylaşırlar fb-də, sonra da izah etmək olmur ki, adam, sənin də, Eynullanın da əlinə versinlər... yazının originalını, boynuna... yükləsinlər... məsuliyyətini!
    Adam... axı... Danske Bank Eesti-nin 160 milyardlıq bank əməliyyatlarına görə cərimə olunduğu 2,2 milyardın müsadirəsi və ümumilikdə taleyi barədə ABŞ prokurorunun dediyinin Cavanşir Feyziyevə aid edilən hissəsinə London Məhkəməsində ilin əvvəlində aydınlıq gətirilib: sənin öz Milli Bankın “etibarsız tərəfdaş” sayılıb, adı “landromat”a düşüb, ol səbəbdən də Cavanşir Feyziyevin adı hallanıb! Bunu bilirsən axı!
    Mandrajda saxlamaq istəyirsən? Sənin saytını oxuyur kimsə, təhdid altında saxlamaq istəyirsən, oxucu kontingentin və öz imicini formalaşdırırsan? Adamların doğrudan da sənin kimisə, ilk növbədə, Əvəz Zeynallını tutdurmaq gücünə inandığını nümayiş etdirirsən? Biz bu ölkəyə Marsdan gəlmişik, bilmirik kimi kim tutdurub, niyə tutdurub və nə dərəcədə haqlıdı, nə qədər də əcəb edib tutdurub? Sən kim olursan ki?
    Mən şəxsən oxumurdum, girmirdim saytına, oxuyası da deyildim, allah Əvəzin başını saxlayıb, ayağına daş salmasın, bizi məcbur elədi girək, baxaq, oxuyaq! Ki, bilək Əvəzin torbası necə möhkəm tikilir, ağzı nə qədər bərkidiləcək və ya “aç, burax!” olunma şansı nə qədərdir!
    Baxdıqca da saytına, görürük ki, nəcis iyi götürüb, hər şeyin götünün qırağına yazıldığına şahid oluruq!
    Elə yazansan... elə müsahibə verdiyin, debata çıxdığın Sevinc Osmanqızının özünün və müsahiblərinin səsləndirdiyi faktları da yaz da. O faktları da elə Amerika prokurorları açıblar da!
    Neylək, indi də işimizi-gücümüzü ataq, oturaq zəhləmiz gedən Qənimət Zahidə qulaq asaq, üzünü görmək istəmədiyimiz Sevinc Osmanqızının “landromat”, “pulyuyan maşın”la bağlı faktları seçək, toplayaq, ataq poçtuna, səhifənə yazaq:
    “Eynulla, yaz da götünün qırağına, niyə yazmırsan?"
    Olmadı ki!
    Adam kişi olanda da axıracan kişi olar, düşmən olanda da axıracan düşmən olar, hətta... göt olanda da “krupnıy” göt olar!
    Lap lətifədəki kimidir e, araq içməyin nədir, xaça sıçmağın nədir? Nə mesaj verirsən, İlham Əliyevin komandasında bir neçə “podkomitet” var? Bu dəstə o biri dəstəni bəyənmir – necə ki, Milli Məclisdə Əflatun Amaşova dedin e, “o vaxt Əflatun müəllim ayrı komandadaydı”, elə?

    AYDIN CAN


    Facebook-da paylaş