Feniksdən Havayaya uçan təyyarə turbulentlik səbəbindən 30-dan çox insan xəsarət alıb
![]()
Eyni zamanda 20 zərərçəkən təcili yardıma aparılıb.
Rubrika.az bildirir ki, dünən Havay Hava Yollarına məxsus Airbus A330 təyyarəsinin Arizona ştatının Feniks şəhərindən Havay adalarının Honolulu şəhərinə uçması nəticəsində ən azı 36 nəfər xəsarət alıb. Bu barədə CNN məlumat yayıb.
Təcili yardıma 20 zərərçəkənin aparıldığı, onların arasında 14 aylıq uşaq da olduğu qeyd edilir. Honolulu Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, azı 11 sərnişin ağır yaralanıb.
“Bir neçə sərnişin və ekipaj üzvü yüngül xəsarətlər aldığı üçün hava limanında müalicə olunub, bəziləri [sərnişinlər] sonrakı müalicə üçün dərhal yerli xəstəxanalara aparılıb”, – aviaşirkətin Twitter səhifəsində bildirib.
Havaya enişdən 30 dəqiqə əvvəl turbulentlik başlayıb. Havay Hava Yollarının məlumatına görə, təyyarə yerli vaxtla saat 10:50-də (Moskva vaxtı ilə 23:50) Honolulu hava limanına təhlükəsiz eniş edib.
Rubrika.az
Facebook-da paylaş















