Fermada dəhşətli partlayış: 18 min inək öldü
![]()
Hadisə bazar ertəsi Texas ştatının Dimmitt şəhəri yaxınlığındakı Southfork Süd Fermalarında baş verib...
Bazar ertəsi ABŞ-ın Texas ştatındakı fermada partlayış baş verib.
RUBRIKA.AZ "Hürriyət"ə istinadən xəbər verir ki, partlayışın obyektdəki metan qazından baş verə biləcəyini deyən səlahiyyətlilər 1 nəfərin yaralandığını, təxminən 18 min inəyin öldüyünü açıqlayıb. Hadisə bazar ertəsi Texas ştatının Dimmitt şəhəri yaxınlığındakı Southfork Süd Fermalarında baş verib.
Yerli təhlükəsizlik qüvvələri alov içində olan binadan bir nəfərin təxliyə edildiyini, lakin partlayış nəticəsində 18 min inəyin öldüyünü bildirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Vaşinqtonda yerləşən Heyvanların Hüquqları üzrə qeyri-hökumət təşkilatı Heyvan Sağlamlığı İnstitutundan (AWI) bildirilib ki, bu, mal-qara ilə bağlı ən ölümcül hadisədir: "Bu faciəvi hadisə AWI-nin tövlə yanğınlarını izləməyə başladığı 2013-cü ildən bəri mal-qara ilə bağlı ən ölümcül hadisədir. Təsərrüfatlar sağlam düşüncəli yanğın təhlükəsizliyi tədbirləri qəbul edərək heyvanları qorumaq üçün daha çox iş görməlidirlər".
RUBRIKA.AZ
Facebook-da paylaş















