Ermənistanda İkinci Qarabağ müharibəsi iştirakçılarının yaxınları aksiya keçirir, saxlanılan var - Yenilənib
![]()
Ermənistan Nazirlər Kabinetinin qarşısında keçirilən etiraz aksiyasında polislə mitinq iştirakçıları arasında toqquşma olub.
Polis onlardan birini saxlayıb.
Bunun səbəbi hələ ki açıqlanmayıb.
Qeyd edək ki, mitinq iştirakçıları 44 günlük müharibənin nəticələrinə və Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursuna etiraz edirlər.
***
Ermənistanda İkinci Qarabağ müharibəsi iştirakçılarının yaxınları Nazirlər Kabinetinin qarşısında aksiya keçirir.
Onlar baş nazir Nikol Paşinyanın xarici siyasət kursunun əleyhinə şüarlar səsləndirirlər.
Aksiya keçirilən əraziyə polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, N.Paşinyan bu gün Çexiyada səfərdədir.(report.az)
Rubrika.Az
Facebook-da paylaş












