Kürdəmirdə süni göldə batan gəncin meyiti tapıldı
![]()
Kürdəmirdə süni göldə batan 20 yaşlı gəncin meyiti tapılıb.
FHN-dən Rubrika.Az-a verilən məlumata görə, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.
B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Rubrika.Az
Facebook-da paylaş














