ABŞ-dan Rusiyanın baş prokurorunun oğluna qarşı — SƏRT QƏRAR
![]()
ABŞ yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Rubrika.Az “Ölkə.Az” a istinadla bildirir ki, bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Verilən xəbərlərə görə, sanksiya tətbiq edilən şəxslərdən biri də Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artem Çaykadır.
“Yeni sanksiyaların tətbiq ediləcəyi siyahıda 13 şəxs və ümumilikdə 39 şirkət var. Siyahıya daxil edilənlər korrupsiyada, insan hüquqlarının pozulmasında, Şimali Koreya, eyni zamanda dünya üçün təhlükə törədə biləcək dövlətlərlə əlaqəda günahlandırılırlar. Siyahıda adları olanlardan biri də Artem Çaykadır. O, atasının nüfuzundan istifadə edərək şirkətlərə dövlət proqramlarında aparılan tenderlərdə qalib gəlməyə köməklik edib. Eyni zamanda digər şirkətlərə qarşı korrupsiya əməllərində günahlandırılır”, - deyə məlumatda bildirilib.
.
Rubrika.Az
Facebook-da paylaş









