Ağstafa sakinini maşın vurdu

Ağstafada maşın piyadanı vurub.
Rubrika.az Virtualaz.org-a istinadən bildirir ki, hadisə rayonun Həsənsu kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Həbib Hümbətov yolu keçən zaman avtomobillə vurulub.
Sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş














