Meymundan gözlənilməz hərəkət — Evdən uşaq qaçırdı
![]()
Girdiyi evdən uşaq qaçırmaqda ittiham edilən meymun axtarılır.
Rubrika.az “BBC”yə istinadən xəbər verir ki, Hindistanın Orissa əyalətində bir meymun, anasının müqavimətinə baxmayaraq girdiyi evdəki oğlan uşağını qaçırıb.
Uşaq hadisədən 1 gün sonra evin arxasındakı quyudan tapılıb və sağlamlığı ilə bağlı problem olmadığı müəyyən edilib. Yerli sakinlər meymunun uşağı apararkən quyuya saldığını ehtimal edir.
Meymunların adətən evlərdən qida oğurladığını bildirən polis, uşaq oğurluğu ilə ilk dəfə rastlaşdıqlarını qeyd edib. Yerli polis nümayəndəsi PC Pradhan meymun tutmaqda peşəkar olanlarla işlədiklərini və tezliklə onu tutacaqlarını söyləyib.
Rubrika.az
Facebook-da paylaş















