Nyu-Yorkda "Trump Tower"də yanğın olub, ölən və xəsarət alanlar var

Nyu-Yorkda yerləşən "Trump Tower"in 50-ci mərtəbəsində yanğın olub.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, yanğın nəticəsində binada yaşayan bir nəfər həlak olub, 4 yanğınsöndürən isə yüngül xəsarətlər alıblar.
Yanğın xidməti nümayəndələrinin sözlərinə görə, hadisə yerində 200-ə yaxın yanğınsöndürən işləyir. Yanğının səbəbləri hələlik açıqlanmır.
Rubrika.Az
Facebook-da paylaş










