Paşinyan oğlunu Qarabağada hərbi xidmətə yox, istirahətə göndərib- ERMƏNİ MƏTBUATI
![]()
Oğlunu işğal altındakı Qarbağda hərbi xidmətə göndərən Ermənistan baş naziri Nikol Paşinyanla bağlı növbəti qalmaqal yaranıb.
Rubrika.az Cebhe.info-ya istinaden xəbər verir i, erməni mətbuatı Paşinyanın oğlunun hərbi hissə əvəzində Xankəndidə şəxsi evdə qalacağını yazır. Onunla bərabər müdafiə nazirinin Qarabağa göndərdiyi oğlu üçün də ev axtarılır.
Artıq rəsmi dairələr yazılanlara reaksiya verib. Müdafiə Nazirliyinin mətbuat katibliyi sosial şəbəkə hesabında Aşot və Edqar adlı bu iki gənclə bağlı yazılanlara münasibət bildirib:
"Cənablar, siz əxlaqsızcasına yanaşma etdiniz. Amma olsa bilsin ki, bu, sizin stanartlarınıza görə normalıdır".
Xatırladaq ki, yeni hökumətə yaxın erməni mətbuatı Paşinyanın və müdafiə nazirinin oğlunu Qarabağa göndərməsini günlərlə müzakirə etmişdi.
Rubrika.az
Facebook-da paylaş













