Robert Koçaryan Almaniyaya gedəcək

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müalicə olunmaq üçün Almaniyaya gedəcək.
Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bunu onun vəkili Aram Orbelyan bildirib.
Aram Orbelyanın sözlərinə görə, Koçaryanın ölkədən çıxması məsələsində texniki problem var: “O, hazırda Ermənistandadır. Robert Koçaryanın ölkəni tərk etməsi məsələsində şübhəli məqamlar var və onu araşdırırıq. İstintaq orqanı şifahi olaraq, belə bir məhdudiyyətin olmadığını bildirir, ancaq bu məhdudiyyət qalmaqdadır”.
Rubrika.Az
Facebook-da paylaş











