Berlində İslam konfransı iştirakçılarına donuz əti yediriblər
![]()
Berlində keçirilən 12-ci İslam konfransında xoşagəlməz hadisə yaşanıb. Belə ki konfrans iştirakçılarına yemək fasiləsində qanlı donuz kolbasası veriblər.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.
İlk dəfə qəlyanaltıda kolbasanın tərkibinə türk əsilli jurnalist, WDR, (Qərbi Almaniya radio televiziya qurumu) redaktoru Tuncay Özdamar fikir verib. O bununla bağlı fotonu dərhal tvitter səhifəsinə yerləşdirib və aşağıdakı mesaj yazıb: “Bufetdə yenə donuz ətindən yemək verirlər. Bununla Daxili İşlər Nazirliyi nə etmək istəyir? Heç olmasa donuz əti yeməyən müsəlmanlara az da olsa hörmət etsəydilər”.
“Die Welt”in qeyd etdiyinə görə, Almaniyada yaşayan müsəlman icmalarla dialoq probleminə həsr olunmuş konfransada qonaqlara 12 adda yemək çeşidi təklif olunub ki, onlaırn heç birinn tərkibində donuz əti göstərilməyib.
Tədbirin təşkilatçısı, Almaniyanın federal Daxili İşlər Nazirliyi isə msələdən xəbər tutan kimi dərhal özlərini təhqir olunmuş hiss edən bütün iştirakçılardan üzr istəyib.
Rusiya mətbuatı isə bu yaxınlarda (noyabın 8-də) “Tsaritsino” firmasının Çeçenistanda “halal” adı ilə satılan məhsullarının tərkibində donuz ətinin tapıldığını xəbər edib.
Bu hadisədən sonra “Tsaritsino” Çeçenistan respublikasında 100 min rubl miqdarında cəimə edilib.
Eyni ilin may ayında ABŞ-ın Miçiqan şəhərinin Dirborn şəhərində yaşayan bir müsəlman “Little Ceaesars” restoranlar şəbəkəsini hala məhsul adı altında donuz əti satdığı üçün məhkəməyə verib. O, firmanı məhsul haqında yalan infromasiya vermək, qeyri qanuni varlanma və fırıldaqçılıqda ittiham edib.
Rubrika.az
Facebook-da paylaş












