Sabirabadda avtomobil yeniyetməni vurub
![]()
Sabirabadda avtomobil yeniyetməni vurub.
Rubrika.Az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. "Hyundai" markalı avtomobil yol kənarında alça satan kənd sakini, 2007-ci il təvəllüdlü Əmirov Səyyad Mübariz oğlunu vurub.
S.Əmirov ağır kəllə-beyin travması, sol bud sümüyünün açıq qəlpəli sınığı, travmatik şok diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş










