Bakıda uşaq bağçasında yanğın olub - Təxliyə olunanlar var
![]()
Bakı şəhərinin Xətai rayonunda uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş










