Ermənistandan Gürcüstana gələn şəxsdə koronavirus aşkarlandı
![]()
“Bu gün Gürcüstanda koronavirusun təsdiqləndiyi iki pasiyentdən biri Ermənistandan gəlib”.
Rubrika.Az Report-a istinadən bildirir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
O, həmin şəxsin Ermənistanda infeksiyaya yoluxduğunu deyib: “Onun vəziyyəti hələ ki ağır deyil. Tibbi-laborator araşdırmalar aparılır və sabah həmin pasiyentin vəziyyəti məlum olacaq”.
Rubrika.Az
Facebook-da paylaş












