Ağstafada 46 yaşlı qadını avtomobil vurdu
![]()
Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın xəbərinə görə, qəza Ağstafa şəhəri Dəmir Yolu Vağzalı yaxınlığında qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Süsən Vaqif qızı Novruzovanı avtomobil vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş















