Saatlıda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
![]()
Saatlıda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəllər məhkum olunmuş Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Qasımov Nurlan Alim oğlu Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, Nurlan Qasımov aprelin 4-də səhər saatlarında Saatlının Mustafabəyli kənd sakini, 1982-ci il təvəllüdlü Zeynalov Asim Gülmalı oğlunu qarın nahiyəsindən bıçaqlayıb. O, qarın boşluğunu dəlib keçən yara ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş







