Şəmkirdə minik maşını aşıb
![]()
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü İsmayılov Ruslan Natiq ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














