Türkiyə koronavirusa qarşı dərman hazırladığını rəsmən açıqladı - VIDEO

“Biz koronavirusa qarşı yerli və tamamilə milli olaraq öz sintezimizlə inkişaf etdirdiyimiz çox vacib bir dərmanı hazırladıq”.
RUBRIKA.AZ haberler.com-a istinadən məlumat verir ki, bunu Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank öz açıqlamasında deyib. O qeyd edib ki, dərmana yaxın vaxtlarda lisenziya verilməsi planlaşdırılır.
Nazir bundan başqa bildirib ki, "Favicovir" adlı dərmanın lisenziyalaşdırma mərhələsinə gəlməsi çox xoş və qürurvericidir: "Dərmanın bu mərhələdən sonra müalicədə istifadəsi və ixracatı da planlaşdırılır”.
RUBRIKA.AZ
Facebook-da paylaş











