BŞBPİ: Rəhim Qazıyevin xəsarət alması ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs var
![]()
Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Bu barədə Rubrika.Az-a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var.
“Hazırda araşdrımalar davam etdirilir”, - deyə o vurğulayıb.
Rubrika.Az
Facebook-da paylaş











