Göyçayda 23 yaşlı oğlanı maşın vurub
![]()
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın xəbərinə görə hadisə bu gün Cəyirli-Bərgüşad-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. Ləkçılpaq kənd sakini Şaməddin İsayev idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolu keçən piyada, Yeniarx kənd sakini, 1997-ci il təvəllüdlü İbrahim Məmmədovu vurub.
Hadisə zamanı ağır xəsarət alan İbrahim Məmmədov Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.//apa.az
Rubrika.Az
Facebook-da paylaş












