Xəyyam Nisanov: “Rusiyada ermənilərlə üz-üzə gəlirəm, ancaq...”

Müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlıları tənqid edib.
Rubrika.Az xəbər verir ki, sənətçi İnstaqramda "story" bölümündə bir neçə Rusiyada çalışan tanınmışın profilini paylaşaraq, onlara sual ünvanlayıb. Xəyyam onların şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınayıb:
"Heç kəsdən qorxacaq yerim yoxdur. Çünki Azərbaycan Respublikasının vətəndaşıyam, bununla hər zaman fəxr etmişəm. Çalışdığım qədər bütün dünyada ölkəmi təbliğ edirəm. Amma çox heyf ki, mənim Rusiyada və dünyada tanınan həmkarlarım bu gün susublar. Heç bir paylaşım etmirlər. Niyə? Kimdən qorxursunuz, çəkinirsiniz? Mən də 20 ildir Rusiyanın paytaxtında çalışıram. Orada ermənilərlə üz-üzə gəlirəm. Amma heç bir zaman mövqeyimi dəyişmirəm".
Qeyd edək ki, müğənnilər Bahh Tee (Bəxtiyar Əliyev), Elman Zeynalov, Coni (Cavid Hüseynli), Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli & Navai) Rusiyada populyarlıq qazanmış azərbaycanlılardır.//musavat.com
Rubrika.Az
Facebook-da paylaş














