Emin Ağalarov Nəcməddin Sadıkovun qızıyla nişanlandı - VIDEO
![]()
Xalq artisti Emin Ağalarovun Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlandığı iddia edilir.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumatlar paylaşılıb. Bildirilir ki, nişan mərasimi Moskvada baş tutub.
Fatimə Sadıkova və Emin Ağalarov sosial şəbəkədə də bir-birini izləməyə alıblar. Bir neçə gün əvvəl bəstələdiyi musiqi haqda danışan sənətçi “Bu, mənim üçün gözlənilməz bir musiqidir"- deyə bildirmişdi.
Qeyd edək ki, bu ilin may ayında Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilova ilə boşanmışdı.
Rubrika.Az
Facebook-da paylaş















