Məşhur amerikalı siyasətçi koronavirusdan öldü
![]()
ABŞ-ın Luiziana ştatının təmsilçisi seçilən Luk Letlov koronavirus səbəbilə 41 yaşında həyatında itirib.
RUBRİKA.AZ xəbər verir ki, Respublikaçılar Partiyasının nümayəndəsi olan Letlovun dekabrın 18-i COVID-19 testi pozitiv çıxıb. Nəticədə o evdə karantin altına alınıb və 5 gün sonra vəziyyəti ağırlaşaraq “Ochsner LSU Health” Xəstəxanasına yerləşdirilib.
Evli və iki uşaq atası olan Letlovun sözçüsü məsələ ilə bağlı açıqlama verərək ailəsinin fikrini ictimaiyyətlə bölüşüb:
"Ailə saysız-hesabsız dualara və dəstəyə görə minnətdardır, lakin bu çətin və gözlənilməz bir zamanda gizlilik istəyirlər".
RUBRİKA.AZ
Facebook-da paylaş









