"Hüseynbala Mirələmovu linç edənlər… tam əminliklə deyirəm və inanın, Hüseynbala Mirələmovun sığalladığı o gündəyməzin üstündə başını qoyub hönkür-hönkür ağlayardılar"— "Video Mustafa Babanlının “zoom-konfrans”ından save-kadrdır!"
![]()
HÜSEYN balanın MİR(ovoy) ƏLƏMinin (faciəsinin) şam işığında çözümü
Birinci ondan başlayaq ki:
Azərbaycanın siyasi isteblişmentində milli-mental dəyərləri fövqəladə faciəli dərəcədə sarsıdacaq heç nə baş verməyib! Sadəcə, demokratik mərhələyə adladığımız dönəmin verdiyi imkanlar çərçivəsində özümüzə yaratdığımız “namıssı, qiryətti xalq” imicimiz bir gündəyməzə sığal çəkilməsi qədər zədələnib!
… Elşad Quliyev Az.TV-də sədr olanda Azərbaycanın xalq artisti olan bir qadınla iş otağında divanda əri tərəfindən yaxalanır! Əri də sevimli aktyorlarımızdandır!
Sizcə, nəsə baş verib olay bilinəndə?
Əsla və qətiyyən!
Bütün televizyonçular Elşad Quliyevi mütəxəssis kimi rəhmətlə anır, hətta almanı tumuyla yeyən oğlunu da - “Kərimov”u televiziya rəhbəri olmağa layiq gördülər!
Həmin xanım aktrisa bəlkə də Elşad Quliyevin divanından keçən 678-cisi idi!
70-ci illərin axırında, 80-ci illərin əvvəlində Lənkəranda birinci katib olan İsa Məmmədov özü ilə qadın ikinci katibi də yeyib-içməyə aparıbmış, Bakıdan gələn qonaq da bu hamının əzizləyib, dəyər verib “Müəllimə” çağırdığına qulluq yaltaqlığında bulunanda dəfələrlə “bu “ağ ət”di, bundan da ye” deyəndə, “Müəllimə” də bir xeyli vurandan sonra, nəhayətdə açılır, qayıdır ki, bəsdi də, bezdirdin, bu “ağ ət” deyil, kələnin xayasıdır (əslində ayrı cür deyib, mən etika xatirinə necə dediyini yazmıram)! Çox yemişəm, çox görmüşəm!”
1993-cü ildə “perevorot” edən, Əlikram Hümbətovu həqiqətən talışın xilaskarı sayanlar ona ürək qızdırıb demişdilər ki, İsa Məmmədovu katib gətir təzədən, Əlikram da buna cavab olaraq iclasda dedi ki, bir vaxtlar arvadlarını İsa Məmmədovun yatağına göndərənlərin qızları böyüyüb, indi də qızlarını göndərmək istəyirlər yanına!
QABAĞA qaçıb BƏRİ BAŞDAN deyim ki, o dalı sığallanan qızı bu xalqdan saymayın, bu xalqın qız-gəlini yerindədi, Azərbaycanda qəbir yeri belə qismət olmayacaq Əlikram Hümbətov demişkən: arvadlarını İsa Məmmədovun yatağına göndərənlərin qızlarıdı, böyüyüb… - onlar ayrı xalqdır! Bizim narahatlığımız isə həqiqətən ondan yanadır ki... – bu barədə yazı boyunca!
Bunu niyə yazıya giriş etdim, deyim: həqiqətdə bizdə dövlət idarəetməsi 50 ildir belədir… məhz BELƏDİR!
Onda demokratiya yox idi, deyilmirdi, qorxurlardı, adamın qızını-bacısını-arvadını evindən aparıb həmin məclisi təkrar elətdirərdilər! İndi demokratiyadır – ictimai qınaq var!
Və biz bundan özümüzü sınmış saymayaq! O boyda Amerikanın prezidenti Bill Klinton da elə İsa Məmmədov, Hüseynbala Mirələmov, Elşad Quliyev ağlında və əxlaqında idi!
O boyda Amerika Monika Levinskiyə iş otağında minyet elətdirdiyinə görə Klintona impiçment qoya bilmədi, bizdə yenə sağ olsun şanlı YAP, hökümətimiz, Hüseynbala Mirələmovu hər yerdən çıxartdı!
Dünya bu!
“İmam Həsəni zəhərləsən, özümə arvad edəcəyəm” vədinə peyğəmbər yadigarını ləkələyən-tapdayan… zənən… eramızdan əvvəl də olub, eramızda da, sosializmdə də, kapitalizmdə də, müstəqillik demokratiyası dönəmində də!
Problem Hüseynbala Mirələmovun yaxalanan kadrı deyil, problem “Hüseynbala Mirələmov kimi kadrlarla İDARƏETMƏ”NİN GÖRMƏZLİKDƏN gəlinməsidir!
Və… Hüseynbala Mirələmovu linç edənlər… tam əminliklə deyirəm və inanın, Hüseynbala Mirələmovun sığalladığı o gündəyməzin üstündə başını qoyub hönkür-hönkür ağlayardılar: elə gözəllikdən heç kim keçməz! O gözəllikdən keçən keçib: adam arvadını, qızını, bacısını Hüseynbala Mirələmovun idarəsində işləməyə qoymaz! İllah da ki… otağına istənilən an sərbəst giriş-çıxış statuslu-güzəştli işə!!!
Hüseynbala Mirələmov 50 illik idarəetmə üsulunun tipik və klassik nümayəndəsidir!
Faciə… odur ki, Hüseynbala Mirələmovu linçə o adamlar qalxır, lağa qoyur, hədəf edir ki, yüzündən keçmiş şortu yanına gəlib çıxanda bəh-bəhlə “can sirdaşı” olub, qaynanası Hüseynbala Mirələmovun elədiyinin minqat artığına məruz qalıb “raykom” tərəfindən – özü də qəşəng bilir, ona “şirinmama” deyir, redaksiyaya dostunun yanına dəyməyə gələn gəlin xeylağını qaşla-göz arasında divara sıxıb, bütün dostları haqqında deyir-yazır “dişi pişiklə səni otaqda saxlayanın qeyrəti yoxdur”, amma həm olduğu cameələr, həm də əhli-fb əl çalır “prikol”larına, “yanımcıllıqlarına”, bəşəri və milli-mental dəyərlərin “sığallanmasına” etirazlarına!
Əfəndilər, yol deyil bu: Hüseynbala Mirələmov getdi! Heç nə də dəyişməyəcək!
50 ildir “bu yol” salınıb!
50 ildir “bu yolla” idarə olunursunuz!
Heç birinə də nə Heydər Əliyev, nə Kamran Bağırov, nə Əbülfəz Elçibəy, nə Ayaz Mütəllibov, nə də bir başqası “dobro” verməyib ki, belə işləyin!
Eyni halda Kamran Bağırovu MK-da katib işləyəndə bir prokuror tutmuşdu! Mustafa Babanlıdan fərqli olaraq, o prokurorun “zoom-konfrans”-ı yaddaşa vermək imkanı olmasa da, Kamran Bağırovdan əməlli pul qoparmışdı! Kamran Bağırov AKP MK-ya birinci katib gələn kimi adamı itirdi… hər yerdən!
YƏNİ: biz hər zaman belə olmuşuq - birinci katibdən ta redaksiyadakı müxbirə, köşə yazarına qədər! İstisnasız hər birimizin içində bir oğraş oturub! Deviz-prinsip bu olub: yaxşıdırsa, mənim də bir yaxşım olsun, pisdirsə, hamının olur, mənim niyə olmasın?
Və… yenə də fərqinə varmamışıq: idarəetmə tipindən imtina etmək lazımdır!
Bu tipdən imtina etmədikcə… uşaqlarımıza yalan deməli olacağıq, daha doğrusu, anlada bilməyəcəyik ki, Az.TV-nin, ARB-nin, İTV-nin efirlərində toliklər-zaurlar, “15 dəəərəcə” deyən gözəlçələr necə peyda olub, hansı savad, istedad, talant, məharətiylə!
Bu ölkədə ən gözəl diplom, ən dəyərli talant, ən üstün keyfiyyət dal yiyəsi olmaqdır! Hər halda, efirlərdən və… iqtidar təyinatlarından görünən budur! Ya dalın var, ya dallısan!
Dövlət idarə və müəssisələri, təşkilatları “Hüseynbala Mirələmov”ların deyil, amma onlarındır… həm də!
YƏNİ… rəhbər “Hüseynbala Mirələmov”dursa, qızımı-anamı-bacımı-arvadımı qoymaram işləsin orda, - keçərli deyil!
Ölkə başdan-ayağa – adisindən alisinə qədər “Hüseynbala Mirələmov”dur və biz də xalq və dövlət olaraq… o qadın! Bircə fərqimiz var o qadından: Bakıda gecə barlarında özünü satan qadınlar balalarına çörək qazanmaq, əlil-zəlil şikəst qoyulmuş ərlərinin-qardaşlarının-atalarının işsizlik dərdindən yaranan çatışmazlıqları aradan qaldırır, özünü Hüseynbala Mirələmova, Allahşükür Paşazadəyə və çetesinə, Kəmaləddin Heydərova və sindikatına satan qadınlar isə deputat, elmlər doktoru, şirkət meneceri, direktoru, holdinq rəhbəri olur! DALINI "s...ığala" VERƏNDƏ də bilməlisən kimə verirsən: AXC-dən-Müsavatdan ayrılanlar kimi! AXC-də-Müsavatda olanda dallarından arxayın olanlar, iqtidar pətəsindən sonra, hər şeylərindən oldular, o cümlədən də dallarından! Elə hey “s...ığallanırlar”, xalq da dallarında yaranan yaralara duz tökür fb-də!
Dünənki statusumda qeyd etmişdim rəhmətlik Əbülfəz Elçibəyin danışdığı olayı və həmin o hədis-olayla bağlı soruşuram: bu fb-də və efirlərdə Hüseynbala Mirələmovu linç edən neçə kişi və qadın… əri ola-ola məşuqəlik edən (hələ fahişəlik edəni demirəm ha!) qadını məclisindən qovub, ərinə deyib, təpki göstərib? O MƏNADA Kİ… ailə əxlaqının təmizliyi qorunsun, qalsın, Azərbaycan qadını-anası “qadağan sevgilər” yaşamasın?
35 illik Bakı həyatımda bir nəfərin adını çəkə bilərəm: Emil Şahbazov! Bar qadınını bardan çıxardıb, iş tapıb, namaza dəvət edib, normal ailə həyatı qurmasına kömək edib, amma şeyxlərimizdən birinin yanına “filan axund mənə məşuqə olmağı təklif edir” deməyə gedən qadına şeyximiz qadının əndamına baxandan sonra “axund qələt edir, mən onun cəzasını verərəm, sən elə gəl mənim yanımda işlə” demişdi! Amma mən… demişəm, təpki göstərmişəm, əlimə keçəni döymüşəm, gücüm çatmayanın evinin pəncərələrini sındırmışam, qapılarını qırmışam, ərlərinin üstünə gedib söymüşəm, başımı yarıblar, qaşımı çapıblar, polisdə diz üstə çökdürüblər, mənim atamdan başqa kişini tanımayan anama, onda hələ oğlanla qızın fərqini bilməyən qızlarıma söyüblər!.. Dəfələrlə - 25, 30, 35, 40 yaşımda belə edəndən sonra… anladım ki, cəmiyyət üçün “haram tikə şirindir”, bu kursa davam etsəm, məni oynaşları bir yana, elə öz oğulları-ərləri öldürəcək! Həm də daha evə və təkliyimə qapandığımdan… elələrini tanımıram, uzaq düşmüşəm, nə can o CANdır, nə yaş o yaş! Vətən əsgər istəyəndə də 45 yaşınacan aparır, “qeyrət-namus savaşı”nın “istefada olan məhbusu”na çevrilmişəm!
… Biz heç birimiz dövlət idarəsində işə götürülən qızlarımızın dalına əl uzadacaq əlləri kəsməyə qalxmadıq – məsciddə qız zorlanmışdı, molla özü etiraf eləmişdi danışıqda, prokuror, polis rəisi, hakimlər, şeyx də bilirdi, mən ayağa qalxanda nə oldu ki?
Mənim üzümə durdular, tutdurdular, onda məhkəmə zalında “mən rus qızının məsciddə zorlanmasına etiraz olaraq ayağa qalxmışam, məscidin üç pəncərəsini qırmışam, bunlar uşaqlarının əlinə daş verib daha 58 pəncərə sındırtdırıblar, üç-beş ilə mən çıxacam azadlığa, bunların qızları evlərində zorlananda bəlkə ayılalar” demişdim! Bunu onçun deyirəm ki, biləsiniz: Hüseynbala Mirələmovun başıyla dalını əlləməyə səhv saldığı o qız elə üzümə duranlardan birinin qızıdır, birinin arvadı, birinin qardaşı arvadı, birinin bacısı – mənə “alkaş, axmaq” deyib tənə edənlərin!!!
Elə hər birimizin də!
Maraqlı olanı odur ki, bu cəmiyyət… qəhbə, fahişə kimi təqdim olunandan, üzə çıxandan imtina etmək əvəzinə, irəli çəkilməsinə ya laqeyd qalır ən yaxşı halda, ya da alqışlayır!
Biri vardı, “qızların böyüyəndə deməsinlər qəhbə filankəsin qızlarıdır, qoy desinlər yazıçı filan xanımın qızlarıdır” istəyiylə kitabını redaksiyalara daşıyırdım, mənə “o, yazıçıdı ki?” deyənlər, mən həbs olunandan sonra onu columnist, stringer, ssenari müəllifi kimi dartıb yuxarı başa çəkdilər saytlarda, telekanallarda!
Bu cəmiyyətin – söz səlahiyyəti sahibləri bu gündə olanların haqqı var Hüseynbala Mirələmovu ittiham etməyə? Oğraşlığı etmiş ilk nümayəndəmizdirmi?
Hüseynbala Mirələmovun illərlə kafedra müdiri olması, deputat olması o qadının dalını sığallamasından daha iyrənc deyilmi, birbaşa xalqın dalına sığal çəkməsi deyilmi?
Bütövlükdə, 124 deputatın, 5-10-nu istisna olmaqla, yerdə qalanı dalımıza sığalçəkənlər deyil ki?
Yüzlərlə misalla, faktla bu yazını sonsuzluğa qədər davam edə bilərəm, həm tündləşdirmək istəmədim, çünki axırda məlum olacaq ki, elə ən böyük oğraşlığı edən özümüzük, həm də məsləhət deyil!
Məsləhət olan odur ki, eşidək, anlayaq, yolun bulaq - əlli dəfə demişəm: dəngəsi pozulmuş xalqı yeni mərhələyə adlatmaq üçün ən azı əlli il lazımdır! İzah da etmişəm!
Milli doktrina olmasa, bu xalqı heç əlli ilə də normal dəngəyə gətirmək olmaz!
İsa Məmmədovun yatağından keçənlərin qızları çox tez böyüdü, yubansaq, nəvələri artıq yetişir, üstəlik də sovet dövründə 17 yaşdan sonraydı, indi 13 yaşında qızları hamilə saxlayırlar məktəblərdə!!! Bu gün hər bir kişinin bacara biləcəyi bir iş var: papağını iki əlli tutsun qulaqlarından, başı boşda qalmasın!
“Yeznə… sevə-sevə gəlir!”
İdarəetmənin “Hüseynbala Mirələmov tipi”ni linç etmək lazımdır!
Məni, adətən, bu tip linklərin-videoların mənbəyi maraqlandırır! Məlum oldu ki, video Mustafa Babanlının “zoom-konfrans”ından save-kadrdır!
Heç nə demirəm, sadəcə, bu yaxınlarda tanış olub dostluq atdığım vəkil Cabbar Bayramovun bu gün yayımladığı statusu yazının sonuna əlavə edəcəm, dostları Mustafa Babanlıya çatdırsın - təvəqqedə bulunuram!
20 yanvarda, Xocalıda, Ağkilsə faciələrində ayaq üstə durmaq lazım idi! Onda bizə nəinki sığal çəkmişdilər, hətta…
Bir dəfə Əli Kərimlinin tərəfdarlarından birinə, hətta oğlunun adını Əli Kərimlinin şərəfinə Əli qoyan bir tanışa dedim ki, bu qədər cəbhəçinin içində bircə nəfər də yox idi ki, onun xanımının adını çəkən Əhəd Abıyevin dilini kəssin, ya gülləsəsin ki, insident presedentə çevrilməsin?
Cavabına baxın: hökümət elə onu istəyirdi də, başlasın cəbhəçiləri tutmağa!
Saysız-hesabsız cəbhəçilər tutulanda zəng elədim, telefonu qapatdı!
Ölkədə milli-mental dəyərlərə zidd olan hər hansı insident presedentə çevrilməsin deyə mütləq qan içində boğulmalıdır! Bir nəfərin qurban getməyi bir xalqın dəyərlərinin qorunmasıdır!
Bunu əvvəldən Əli Kərimli etmədi, sonda da Cəmil Həsənli!
Hüseynbala Mirələmovu linç edənlərin Cəmil Həsənlini müdafiəyə qalxması dalı sığallanan o qadının föhşündən min dəfə əskikdir!
Bunca deyə bildim, beynimə təzədən qan sızmasın deyə, paylaşıram!
Mən bu hakimiyyətin “Hüseynbala Mirələmov”ları ilə işləmədim, işləyənlərimdən də imtina etdim və həmişə də ən kəskin tənqidləri-yazıları mən yazdım!
Gücüm buna çatdı!
Hər kəs gücü çatan qədər etsin…
Nəinki öz dalımız, dövlətimizin dalı əldən gedib: Qum hövzəsindən, ETTELAAT-dan, Sorosun paçasından, Fətullanın örgütündən, Sem dayının kisəsindən, PKK-nın simpatizanlarından, rusun agenturasından olan o qədər dalı əllənməlilərimiz var ki!
Redaksiya otaqlarında “iş başında” yaxalanan kişilər iqtidar tərəfdən ölkənin əməkdar jurnalisti adına layiq görülürsə, onların "s..ğalladığı" qadınlar müxalifət tərəfindən “milli qəhrəmanə” seçilirsə, arvadı Ramiz Mehdiyevə ad günü hədiyyəsi daşıyırsa, əri Ramiz Mehdiyevi lağa qoyursa “həppi bözdi” yazıb, deməli,… BELƏ və BU YOL əbədiyyətəcən olacaq!
Çalışın, nə özünüzü iyrəndirin, nə də başqalarını: "at özgənin, dal özgənin!"
Evinizdən və evinizdəkilərdən muğayat olun!
SON SÖZ ƏVƏZİ: Hər gün saunada 1000 dollar pul xərcləyən çox imkanlı dostlarımdan biri ad günündə ilk sağlığı özü üçün belə dedi: "arzu edirəm ki, allah mənim qızıma saunaya belə çağrılmağı qismət etməsin!"
Onda 2005-ci il idi və mən bir ayda üç dəfə icra başçısı ilə savaşda olmuşdum: birində icra hakimiyyətində qırğın salmışdım, birində polis idarəsinin pəncərəsi qırılmışdı, birində anasının xeyir-duasıyla Lənkəranın "Hüseynbala Mirələmov"una dalını əllətdirmək üçün gedənin xarabasında dava salmışdım, məni də məclisə elə o davalarıma görə çağırmışdı dostum, məclisə dəvət etdiyi xanım isə baş prokuror olmuşlardan birinin gəliniydi!!! Dedikləri yadımdan həm də ona görə çıxmır: "idarəetmədəkilər vəhşiləşir getdikcə, əl atmadıqları deşik saxlamırlar!!!"
Hannibal ante protas!
Hamı sağ-salamat, evdədirmi? Şükür...
p.s. Джаббар Байрамовun dediyim statusu:
(...)
Aleksandr Dümanın (ata) yazdığı tarixi romanların çox maraqlı süjet xətti olurdu. Əsərlərin keyfiyyətli çıxmasına səbəblərdən biri müəllifin şəxsi münasibətləri sayəsində kral dəftərxanasına əlinin çatması idi. Dəftərxanadan əyani vəsaitlər götürür və buna təxəyyül verib keyfiyyətli romanlar yazırdı. Doğrudur, təxəyyül bəzən real tarixi hadisələri və şəxsiyyətləri tamamilə fərqli təqdim edirdi. Məsələn, “Üç müşketyor” romanında olduqca müsbət obraz kimi təqdim edilmiş Atos (qraf de Lafer), əslində alkoqolik səviyyəsində içki düşkünü idi və gecə duellərindən birindən sonra, səhər onun meyidini Lüksemburq sarayaının arxasından tapmışdılar. D’Artanyan obrazının real prototipləri isə, ümumiyyətlə kardinal Rişelyenin müasiri deyildilər. Bu familiyada olan Qaskoniyalı dvoryanlardan biri Rişelyedən xeyli əvvəl, biri isə XVlll əsrin əvvəllərində yaşamışdı. “Qrafinya dö Monsoro” romanında kralın minyonlarından biri, eyni zmanda qorxaq və alçaq adam kimi təqdim etdiyi hersoq D’Epernon, əslində real həyatdakı Qaskoniya zadəganı, kral infanteriyasının general polkovniki Jan Lui de Noqare de la Vallet hersoq D’Epernonun romandakı prototipi idi və əslində çox cəsarətli adam olmuşdu. Həmin əsərin baş qəhrəmanı qraf de Büsi isə, real həyatda, romanın sonunda təsvir olunan, kral minyonları ilə Anju hersoqu Fransiskin minyonları arasında baş vermiş məşhur dueldə iştirak etməmişdi. O, dueldən xeyli sonra qraf Monsoro ilə şəxsi dueldə sonuncu tərəfindən öldürülmüşdü. Bununla belə, Dümada yazıçıya məxsus olmalı olan təxəyyül, hadisələri bir-biri ilə əlaqələndirmə və əsərdə intriqa yaratma bacarığı çox güclü idi.
Yazıçının şah əsəri, “Fransada dini müharibələr” triologiyasına daxil olna “Kraliça Marqo”, “Qrafinya dö Monsoro” və “Qırx beş” romanlarıdır, fikrimcə. Trilogiyanın birinci romanı 1572-ci ilin 24 avqustunda Parisdə baş vermiş Müqəddəs Varfolomey gecəsi ilə başlayır. Həmin axşam kral lX Karlın bacısı Marqarita ilə Navarra kralı Henrix, yəni simvolik olaraq katoliklərin monarxının bacısı ilə protestanların rəhbəri formal olaraq evlənirlər. Bununla, dini qarşıdurmanın qarşısı alınmağa çalışılırdı. Amma toydan bir neçə saat sonra katoliklər protestantları kütləvi şəkildə soyqırıma uğradırlar. Yeri gəlmişkən bu real tarixi hadisədir.
Romanın baş qəhrəmanları, günorta eyni mehmanxanada yemək yeyib dostlaşmış qraf Annibal de Kokonnas və qraf Lerak de Lamol, dini münaqişə başlayanda bir-birini ağır yaralayırlar. Onların hər ikisini ölümcül vəziyyətdə tapan Paris məhkəməsinin baş cəlladı metr Kaboş, hər ikisini müalicə edib ayağa qaldırır. Amma, sağalandan sonra Lamol Kaboşun əlini sıxsa da, Kokonnas cəllada əl uzatmır və bildirir ki, zadəgan heç vaxt sadə adama əl uzatmaz. Bu hərəkətinə görə Kokonnas əsərin sonunda çox peşman olur.
Lamol və Kokonnas, biri kralın bacısı, digəri kralın xalası qızı ilə sevişirlər. Buna görə də kral onların edamına qərar verir. Bu azmış kimi, edamdan əvvəl onların sümüklərinə mismar yeritməklə ağır işgəncə verilməsi qərara alınır. Lamol bu işgəncədən yaxa qurtara bilir. Metr Kaboş, zadəganın onun əlini sıxmasına görə ona təyin edilmiş işgəncəni saxtalaşdırır, mismar əvəzinə arı mumundan hazırladığı çubuqları onun ayaqları üzərində əyir. Kokonnas isə, bütün sümükləri parçalanaraq ağır işgəncə alır və bir sutka çiliklənmiş sümüklərlə uzanıb əzab çəkir.
Yekəxanalıq və təkəbbür, insana heç vaxt fayda gətirməz. Bu gün əlini sıxmaqdan imtina etdiyin biri, bəlkə də gələcəkdə sənə faydalı oldu.
AYDIN CANIYEV
Facebook-da paylaş









