AXCP üzvü adam BIÇAQLADI - TƏFƏRRÜAT

AXCP üzvü adam bıçaqladığı üçün həbs edilib.
Rubrika.Az-in Lent.az-a istinadla məlumatına görə, partiyanın Xəzər rayon təşkilatının üzvü Aqil Hümbətovun həyat yoldaşı sosial şəbəkələrdə paylaşım edərək ərinin siyasi fəaliyyətinə görə polisə aparıldığını bildirib.
Polisdən Lent.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirib. A.Hümbnətov törətdiyi cinayət əməlinə görə Xəzər rayonu ərazisində polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Rubrika.Az
Facebook-da paylaş














