Bayden oğlunun biznesində iştirakı ilə bağlı sualı “iyrənc” adlandırıb
![]()
ABŞ prezidenti Bayden oğlu Hanterin biznesində iştirakı ilə bağlı söyləntiləri yalan məlumat adlandırıb...
ABŞ prezidenti Co Bayden oğlu Hanterin bizneslə məşğul olması ilə bağlı sualı cavablandırıb.
Amerika liderinin Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistin bu barədə sualını cavablandırarkən əsəbiləşib.
Belə ki, Fox News telekanalının jurnalisti ABŞ prezidentindən oğlunun bizneslə məşğul olmasına münasibət bildirməsini xahiş edib. O qeyd edib ki, bu barədə ABŞ Konqresində daha əvvəl Hanter Baydenin biznes ortağı Devon Arçer danışıb.
Co Bayden isə sualı “iyrənc” adlandırıb.
“Çünki bu, doğru deyil”, deyə Amerika prezidenti mövqeyini izah etməyə çalışıb.
Rubrika.Az
Facebook-da paylaş












