Oqtay Gülalıyev süni yaşam aparatına qoşulub, komadadır

Xəbər verildiyi kimi, dünən axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yolu keçərkən avtomobil vurub.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, əvvəlcə hüquq müdafiəçisinin ağır xəsarət almadığı zənn edilsə də, sonradan məlum olub ki, əslində xəsarətlər ciddidir. O.Gülalıyev 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. Hazırda O.Gülalıyev həkimlərin nəzarətindədir. Hüquq-müdafişəçisinin komada olduğu, süni nəfəs aparatına qoşulduğu bildirilir.
Hadisənin videogörüntüsü yayılıb. Videoda görünür ki, O.Gülalıyev piyada keçidindən yolu arxayın şəkildə keçərkən ağ rəngli avtomobil arxadan gəlib ona çırpılır.
Rubrika.Az
Facebook-da paylaş















