Deputat və həyat yoldaşı öldürüldü
![]()
Deputat və həyat yoldaşı öldürüldü Rusiyada deputat və həyat yoldaşı öldürülüb.
"Yeni Sabah" TASS agentliyinə istinadən xəbər verir ki, Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın meyiti yaşadıqları evdə tapılıb.
Məlumata görə, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.
Bildirilib ki, ehtimallara görə deputat və həyat yoldaşı qarət məqsədi ilə öldürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













