Ağdamda 6 otaqlı evdə yanğın baş verib
![]()
Ağdamda 6 otaqlı evdə yanğın baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə rayonun Kiçikli kəndində qeydə alınıb.
Kənd sakini Elmin Paşayevin sözlərinə görə, evində baş verən yanğına səbəb mətbəxdəki soba olub: “Evdə yox idik, qazın üstünə yemək qoyublar yeməkdə daşıb tökülüb yerə. Döşəmə yanıb sora keçib tavana. Altı otaqlı evin 3 otağı bizim, 3 otağı əmimindir. Yanğın bizdən bu tərəfə keçmədi, biz tərəf tamam yandı. 3 dənə otaq təmiz sıradan çıxdı”.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki maşını və işçi qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.//Femida.az
Rubrika.Az
Facebook-da paylaş












