Ərdoğan polisin vətəndaşı öldürməsinə münasibətdə Trampa nümunə göstərildi...
![]()
"Türkiyə Prezidenti, Daxili İşlər naziri və cinayət baş verən şəhərin meri mərhumun ailəsi ilə şəxsən ünsiyyət qurdu..."
"Türkiyə rəhbərliyindən fərqli olaraq ABŞ prezidenti Floydun ölümündən sonra dünyada hər kəsi ölkədə baş verənlərdə günahlandırır..."
Sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir Afrika amerikalısının polis tərəfindən rezonanslı qətlindən sonra iğtişaşlarla qarşılaşan amerikalı həmkarı Donald Trampa nümunə göstərilib.
Rubrika.Az moderator.az-a istindla xəbər verir ki, Rusiya nəşrlərindən birində çalışan Şimali Osetiyalı jurnalist Maqomed Tuayev öz “Facebook” səhifəsində Türkiyə hakimiyyətinin Suriyalı yeniyetmənin “COVID-19” səbəbiylə tətbiq edilən məhdudlaşdırıcı tədbirləri pozduğu üçün bir türk polis tərəfindən qətlinə dərhal reaksiyasını xatırladıb.
O zaman Prezident, Daxili İşlər naziri və cinayət baş verən şəhərin meri mərhumun ailəsi ilə şəxsən ünsiyyət qurdu. Bütün ailə üzvləri sonda Türkiyə vətəndaşı oldular. Eyni zamanda rəsmilər həmin ailəni polisin bu əmələ görə məsuliyyət daşıyacağına əmin etdilər.
"Prezident Ərdoğan dərhal mərhumun atasına zəng edib başsağlığı verdi və onu polisin ən ağır şəkildə cəzalandırılacağına əmin etdi. Sonra Daxili İşlər naziri Soylu yas içində olan ataya telefon açdı və istintaqın şəxsi nəzarətində olacağını söylədi. Adana Bələdiyyə başçısı oğlanın dəfn mərasiminə gəldi. Mərhumun bütün ailəsi Ərdoğanın göstərişi ilə vətəndaşlıq aldı” – deyə Rusiya jurnalisti yazır.
"Türkiyə rəhbərliyindən fərqli olaraq ABŞ prezidenti Floydun ölümündən sonra dünyada hər kəsi ölkədə baş verənlərdə günahlandırır" – deyən Tuayevin sözlərinə görə, "Trampın dövründə irqçiliyin yenidən tam şəkildə çiçəklənməsi, ekstremist sağçı radikal təşkilatların və nifrət zəminində olan cinayətlərinin kəskin şəkildə artması baş verib.
Məqalə müəllifi "amerikalıların cəmiyyətdə birlik yaratmaq və bu gün baş verənlərdən uğurla çıxmaq üçün özlərində sağlam güc tapacaqlarına" ümid etdiyini bildirib.
Rubrika.Az
Facebook-da paylaş














