Kür çayında 2 nəfər batıb
![]()
Kür çayının Tovuz rayonundan keçən hissəsində 2 nəfər batıb.
Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.
Rubrika.Az
Facebook-da paylaş










