Bakıda iki yaşlı uşaq eyvandan yıxılıb öldü
![]()
Bakıda azyaşlı uşaq evin eyvanından yıxılaraq ölüb.
Hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib.
Sözügedən küçədə mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin eyvanından yıxılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(trend.az)
Rubrika.Az
Facebook-da paylaş












