Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
![]()
Ermənistanda koronavirusa yoluxanların sayı 39 985 nəfərə çatıb.
Rubrika.Az xəbər verir ki, son sutka ərzində 166 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 777 nəfər koronavirusdan ölüb, 7 200 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.
Rubrika.Az
Facebook-da paylaş















