Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərləndi
![]()
Bakıda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib.
Rubrika.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bülbülə qəsəbəsində 1988-ci il təvəllüdlü Aslanova Ramilə Rafiq qızı və onun 5 yaşlı övladı Aslanova Məryəm Ceyhun qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Rubrika.az
Facebook-da paylaş















