Ağdamda 6 otaqlı ev yandı - VİDEO
![]()
Ağdam rayonunda 6 otaqlı evdə yanğın baş verib.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kiçikli kəndində yerləşən Elmin Paşayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb və digər evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb.
Rubrika.Az
Facebook-da paylaş






