Cəlilabadda ev yandı
![]()
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, 2 mərtəbəli evdə yanğın baş verib. Hadisə yerinə Cəlilabad YMH-nin texnika və canlı qüvvələri cəlb edilərək söndürülüb.
İlkin məlumata görə, yanğın nəticəsində evin 400 kvadratmetr sahəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.



Rubrika.Az
Facebook-da paylaş












