Sumqayıtda "KamAZ" iki piyadanı vurdu, biri öldü
![]()
Sumqayıtda "KamAZ" iki piyadanı vurub.
Rubrika.Az xeber verir ki, DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi "KamAZ-55111" markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.
Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











